Interposta.Info

Nazir Amal Teymurovu maliyyə pozuntularına görə işdən çıxardı (FOTO)

Manşet
 5-09-2023, 19:37     433

Uzun illər Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Maddi-Texniki Təchizat İdarəsinin rəisi, 1984-cü il təvəllüdlü Amal Kazım oğlu Teymurov işdən azad edilib.

Əldə etdiyimiz məlumata görə, rəisin vəzifəsindən azad edilməsinə səbəb Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində aparılan yoxlamalar olub. Belə ki, İdarə nazirliyin Mərkəzi Aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatı, maddi-texniki vasitələrin saxlanılması və istismarında ciddi maliyyə pozuntularına yol verib.

Qeyd edək ki, KİV-də mütəmadi olaraq Amal Teymurovla bağlı qalmaqallı məlumatlar yayılır. O, Bilgəhdə milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.

İnterPosta.info


Nazir Amal Teymurovu maliyyə pozuntularına görə işdən çıxardı (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26