Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 4,9 maqnitudada zəlzələ olub.
Bu barədə "İnterPosta"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bala yaxın hiss edilib.
Vətəndaşların verdiyi məlumata görə, zəlzələ Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Masallı, Beyləqan, Saatlı, Yardımlı, Lerik və digər rayonlarda da olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26