Interposta.Info

Şirvanda zavodda sursat partlayıb, ölən və xəsarət alan var

Manşet
 24-07-2023, 12:40     281


Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26