Interposta.Info

"Paşa Sığorta" vətəndaşa dəymiş zərəri niyə ödəmir? - VİDEO+FOTO

Manşet / Paradoks
 24-07-2023, 12:38     1 430

"Paşa Sığorta" vətəndaşa dəymiş zərəri niyə ödəmir?

Laçın rayon Vağazin kənd sakini Dünyamalıyev Mirsalam Rəşid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, ondan asılı olmayan səbəbdən Zərdab-Ağcabədi avtomobil yolunun Taxta-Körpü adlanan ərazisində 05.07.2023-cü il tarixdə yol-nəqiliyyat hadisəsi baş vermişdir.

Paşa sığorta şirkətinin ərazi numayəndəsi qəza yerində olmuş və 10 KH 108 dövlət qeydiyat nişanlı VAZ 21061 markalı minik avtomobilinə dəymiş zərəri 4850 manat qiymətində dəyərləndirmişdir.

Dünyamalıyev bildirir ki, hadisənin baş verdiyindən bir neşə gün keçdikdən sonra Paşa Sığortanın baş ofisindən ona zəng vuraraq dəymiş zərərə görə 1800 manat təklif ediblər.

Bu təkliflə razılaşmayan şikayətçi Mirsalam Dünyamalıyev onu da bildirir ki, keçirdiyi qəza nəticəsində sol ayağı da dizdən yuxarı üç yerdən sınıb.

Şikayətçi vətəndaşın sözlərinə görə, onun sığortasının baza hissəsi 5000 manat təşkil edir, amma buna baxmayaraq sığorta ona 1800 manat təklif edib.

Mirsalam Dünyamalıyev qeyd edir ki, avtomobil tamamilə yararsızdır, təmiri mümkün deyil. O, səbəbdən də sığortanın baza hissəsinə uyğun olaraq dəymiş zərər 4850 manat civarında hesablanmalıdır.

O bildirir ki, artıq aydiyatı üzürə Azərbaycan Respublikasının Mərkəzi Bankı İstelahçılarla iş Departamentinə də müraciət edib.

Məsələ ilə bağlı "Paşa Sığorta"-dan mövqe öyrənə bilmədik.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26