Interposta.Info

Sumqayıt müstəntiqi vətəndaşa dəymiş zərəri qaytartdı- BİR DƏLƏDUZUN SONU

Ölkə
 5-10-2019, 10:25     10 489

Vətəndaş saytımız vastəsi ilə Daxili İşlər Nazirliyinə təşəkkür ünvanladı...

Hörmətli cənab nazir Vilayət Eyvazov,
Mən, Yəhayev Şakir Kərim oğlu, 3 fevral 2019 tarixində özünü Fövqəladə Hallar Nazirliyinin Statistika və Texnologiyalar idarəsinin rəsi Ramiz İmanovun qohumu kimi təqdim edən Abdinov Fərid Ədalət oğlunun Sumqayıt şəhərində məndən 3800 azn məbləğində pul almasıyla bağlı sizə müraciət etmişdim. Pulun alınmasından 9 ay keçsə də Fərid Abdinov müxtəlif bəhanələrlə mənə dəyən zərəri qaytarmırdı. Nazirliyə sizə müraciət etdikdən sonra, siz də operativ müdaxilə edərək məsələni nəzatədə saxladınız. Nəticə də Sumqayıt Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.1 maddəsiylə cicayət işi açıldı. Sumqayıt Şəhər Baş Polis İdaərsinin İstintaq şöbəsinin müstəntqi Asif Hətəmli bütün lazım olan prosedurlara uyğun tərəflər arasında dindirmə apardı. Sonunda Fərid Abdinovun bizdən dələduzluqla pul aldığı sübuta yetirildi. Və özü də bunu dələduzluqla, yalan vədlərlə aldığını izahatında qeyd etdi.
Cənab nazir,
Məni sevindirən əsas məsələ şikayətimə verilən çevik reaksiya olsa da, Sumqayıt Şəhər Baş Polis İdarəsində rastlaşdığım xoş münasibət, xüsusən də İstintaq Şöbəsinin müstəntiqi Asif Hətəmlinin məsələyə həssaslığı və irəli sürdüyüm iddialara diqqətlə yanaşılması ayrıca qeyd edilməlidir. Çox qısa bir müddət ərzində mənə dəyən 3800 azn məbləğin qaytarılması məni Azərbaycan vətəndaş kimi sevindirdi.
Biz bəzən qarşılaşdığımız problemlərdən şikayətlənsək də onlarla bağlı rəsmi müraciət etməkdən çəkinirik. Çünki insanlarımız düşünür ki, şikayətlərə baxılmır. Halbuki dəfələrlə şahidi olmuşam ki, vaxtında edilən şikayətlərə mümkün qədər çevik və obyektiv reaksiya verilir. Mənim bu şikayətimlə bağlı olduğu kimi.
DİN rəhbərliyinə ünvanlanan məktubumda əsas qanunun aliliyi prinsipinin hər zaman uca tutulması, Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olmasını göstərir.
Təhlükəsizliyimizin, asayişin və hüquqlarımızın keşikçisi olan bütün polis əməkdaşlarına şərəfli və çətin işlərində uğurlar arzu edirəm.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26