Interposta.Info

Sığorta bazarının 85 faizi 4 şirkətin əlində cəmlənib

İqtisadiyyat
 25-01-2023, 15:31     1 183

Yola saldığımız 2022-ci ildə ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 970,8 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 64,7%-ni "Paşa Həyat Sığorta” və "Paşa Sığorta” şirkətləri toplayıb.

Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta” və "Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 628,4 milyon manat olub.

Ən çox sığorta haqqı toplayanlar arasında 83,3 milyon manatlıq yığımla "Atəşgah Həyat Sığorta” və "Atəşgah Sığorta”, 61,6 milyon manatlıq yığımla "Qala Sığorta” və "Qala Həyat Sığorta”, 50,9 milyon manatllıq yığımla "Xalq Sığorta” və "Xalq Həyat Sığorta” şirkətləri tamamlayır.

Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 84,9%-i adları qeyd olunan 4 şirkətin – "Paşa”, "Qala”, "Atəşgah” və "Xalq” şirkətlərinin əlində cəmlənib. Ötən il 4 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 824,2 milyon manat olub.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 2,4 milyon manatlıq yığımla "Meqa Həyat Sığorta” və 2,3 milyon manatlıq yığımla "Naxçıvansığorta” şirkətləri olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26