Interposta.Info

Qubad İbadoğluna bu maddə ilə ittiham verildi

Manşet
 24-07-2023, 10:20     354

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

"İnterPosta" Qafqazinfo-ya istinadən məlumatına görə, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26