Interposta.Info

Gədəbəy rayon Söyüdlü kənd sakinləri yenə aksiya ediblər- Başçı Orxan Mürsəlovun gecikən açıqlaması! - VİDEO

Manşet / Paradoks
 21-06-2023, 17:41     1 802

Gədəbəy rayon Söyüdlü kənd sakinləri yenə aksiya ediblər.

Kür çayı zəhərlənir! kimi şuarlar hazırlayaraq etirazçılar əllərində plakatlar qaldırıblar.
Kənd sakinləri ikinci gölün yaradılmasını istəmirlər.


Söyüdlü kənd sakinləri ilə görüşə gedən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirir ki, Söyüdlü kəndi ərazisində ikinci süni göl yaradılmayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Gədəbəydə monitorinq və araşdırmalar aparır.
"İnterPosta"nın məlumatına görə, bunu “Report”un sorğusuna cavab olaraq nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Gədəbəydə dünən baş verən hadisələrin yeni görüntüləri yayılıb.
Görüntülərdən görünür ki, ilk olaraq vətəndaşlar polisə daşla hücum edir, müqavimət göstərir.
Lakin polisin yaşlı qadınlara gözyaşardıcı qaz vurması, onları döyməsi qəbuledilməzdir.
Əgər bundan öncə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və millət vəkili əhali ilə görüşüb ikinci gölün tikilməyəcəyini açıqlasayıd 20 iyun 2023-cü il tarixdə polislə vətəndaş arasında qarşı durma olmazdır.
Buda o deməkdir ki, prezident etimad edib təyin etdiyi icra başçısı Orxan Mürsəlov öz postunda deyil, vəzifəsini icra edə bilmir!

İnterPosta.info



Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26