Interposta.Info

Daxili İşlər Nazirliyi: Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs süni gölün tikintisinə qanunsuz müdaxilə edib

Ölkə / Manşet
 20-06-2023, 22:59     871

Gədəbəy rayon Söyüdlü kənd sakinlərinin gözlərinə qaz verilməsi, zor tətbiq edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən pislənir.

"İnterPosta" xəbər verir ki, bunlardan biri əslən Gədəbəy rayonundan olan, keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşım edərək yazır:
Gədəbəy qızıl zavodunun zəhərli, çirkli tullantıların ekoloji fəlakətə gətirib çıxarması yerli əhalinin haqlı narazılığına səbəb olub
..öz dinc etiraz hüququndan istifadə edən vətəndaşlara zor tətbiq edənləri belə əməllərdən çəkinməyə səsləyirəm ..
Qızıl zavodunu layihəsinə uyğun istismar edə bilmirsinizsə bağlayın və təbiətimizi məhv etməyin.
Etirazçıların haqlı tələblərini yerinə yetirin...
Söyüdlüyə zəng etdim, deyilənə görə rezin güllələrdən, göz yaşardıcı qazlardan istifadə edilib, zor tətbiq edilib, həbslər var, bir nəfərin qıçı qırılıb xəstəxanaya yerləşdirilib...
Bu zorakılığı şiddətlə qınayıram, əhalinin ekoloji fəlakətlə bağlı narahatçılıqlarını aradan qaldırın, tutulanları azad edin, kompensasiya ödəyin...



Gədəbəydə tikintiyə mane olan sakinlərlə bağlı rəsmi açıqlama verilib:

Gədəbəyin Söyüdlü kəndində sakinlər süni göl tikintisinə mane olmağa çalışıblar.

Onlar gölün suyunun təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, tikintiyə müdaxilə edilib: “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”.

Araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26