Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu sakinlərin liftini qırdı! - VİDEO
Bu gün Bakı şəhərinin mərkəzində, elitar Yeni Həyat kompleksində rüsvayçı hadisə baş verib.
"İnterPosta" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi, 12.01.2023-cü il tarixdə Prezidentin Sərəncamı ilə təyin olunub Bağırov Zamiq Rəşid oğlu sakinlərin liftini qırıb. Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməli idi.
Bu kimi şəxslərə insan talelərini necə etibar etmək olar?
Binəqədi Rayon Məhkəməsi Bağırov Zamiq Rəşid oğlu haqqında açıqlama verib.
Açıqlamada deyilir:
"Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb.
Yayılan məlumatlarla əlaqədar qeyd olunub ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26