Interposta.Info

Həbs xəbəri yayılan Fərhad Əhmədov məhkəməlik oldu 

Manşet / Gündəm
 22-11-2022, 13:16     415

Azərbaycanın hüquq mühafizə orqanı tərəfindən keçirdiyi əməliyyat zamanı tanınmış saxlanılan iş adamı Fərhad Əhmədova məxsus şirkət məhkəməyə verilib.

Azərbaycan əsilli Rusiya milyaderi Fərhad Əhmədova məxəsus “Baku Kaspian Real İsteyts Limited” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddiaçı “GREEN YARD” MMC məhkəmədən əsas səhmdarı F.Əhmədov olan bu Baku Kaspian Real İsteyts Limited”dən maddi ziyanın ödənilməsini tələb edib.

Kommersiya işinin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Dünən mediada yayılan məlumat görə, bir neçə gün əvvəl iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.

O, istintaq şöbəsində ifadə verib. Milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik götürülüb.

Hazırda onun barəsində araşdırma aparılır. Hələki bununla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, F. Əhmədov təbii meyvə şirələri istehsalçısı olan “AzNar” şirkətinin rəhbəridir. İş adamı 1.7 milyard dollar sərvəti ilə “Forbes”un 2022-ci il üçün rus milyarderləri siyahısında 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan ən zəngin rusiyalılar siyahısına daxil edilib./Bakıvaxtı.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26