Interposta.Info

Məktəbdə daha bir inanılmaz hadisə: Şagirdlər dərs otağında pomidor-yumurta bişirdilər - VİDEO

Manşet
 5-10-2022, 15:45     450

Son günlər gündəmi məktəblərdə baş verən olaylar zəbt edir. Bu gün də məktəblərimiz Beynəlxalq Müəllimlər Günü ilə deyil, şagirdlərin dərs otağında pomidor-yumurta bişirmələri ilə müzakirə mövzusuna çevrildi.

Oxu.Az xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

Qeyd edək ki, görüntülər ilk olaraq Yenisabah.az saytında yayımlanıb.

[frame=http://baku.tv/embed/62232' width='640' height='360' frameborder='0' scrolling='no' allow='autoplay; encrypted-media' allowfullscreen]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26