Interposta.Info

“Uşaqlar Qaxda yaşacayacaq...” - Dövlət Komitəsindən açıqlama

Manşet
 1-10-2021, 18:51     387


29 sentyabr 2021-ci il tarixdə, səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi bizi də məyus etdi.

Bu barədə "İnterPosta"ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O deyib: "Araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib. Uşaqlardan birinin 1-ci sinifində təhsil aldığı vurğulanmış, məlum hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunmuşdur. Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur”.


Qurum rəsmisi əlavəe dib ki, son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib: "Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması daha ağır fəsadlara gətirib çıxarmasına səbəb olur. Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26