Interposta.Info

Şəhid olan hərbçimizlə vida mərasimi keçirilir (FOTO/YENİLƏNİB)  

Manşet / Gündəm
 26-04-2021, 10:26     483

Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir.

Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

08:58

Vətən müharibəsində ağır yaralanan hərbçimiz dünyasını dəyişib.

Azərbaycan ordusunun əsgəri, Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov dünən vəfat edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26