Interposta.Info

Natiq Əliyevlə vida mərasimi keçirilir-

Ölkə
 10-06-2017, 13:27     2 747

Ötən gün İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyevlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Musavat.com-un məlumatına görə, rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək.

Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

Qeyd edək ki, energetika naziri Natiq Əliyev iyunun 8-də İstanbulda müalicə aldığı "Florence Nightingale” xəstəxanasında anidən beyin insultu keçirib və dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

interposta.info
Natiq Əliyevlə vida mərasimi keçirilir-
Natiq Əliyevlə vida mərasimi keçirilir-
Natiq Əliyevlə vida mərasimi keçirilir-
Natiq Əliyevlə vida mərasimi keçirilir-
Natiq Əliyevlə vida mərasimi keçirilir-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26