Interposta.Info

Tofiq Yaqublu müalicə aldığı klinikadan evə buraxıldı: "City Hospital"dan VİDEOREPORTAJ

Manşet
 18-09-2020, 18:37     932

Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Musavat Partiyasının fəalı Tofiq Yaqublu müalicə aldığı “City Hospital”dan evə buraxılıb.

Həkimi Adil Qeybulla Musavat.com-a bildirib ki, Tofiq Yaqublu aclıq aksiyasını bu gün, məhkəmənin qərarından sonra dayandırıb. O, bildirib ki, T.Yaqublu qida qəbul eləməyə başlayıb.

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.


İnterPosta.info xəstəxananın önündən canlı yayımı təqdim edir:






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26