Interposta.Info

Tofiq Yaqublu apelyasiya şikayəti verdi

Gündəm
 7-09-2020, 12:04     843

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

"İnterPosta" xəbər verir ki, bunu açıqlamasında vəkil Aqil Layıc deyib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26