Interposta.Info

Mahsun Kırmızıgül Mübariz Mənsimova belə dəstək oldu - FOTOLAR

Manşet / Maqazin
 19-03-2020, 21:20     606

Müğənni-aktyor Mahsun Kırmızıgül martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

"İnterPosta" bildirir ki, məşhur sənətçi rəsmi feysbuk səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib:

“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb 20 illik dostum olan Mübariz Mənsimovun bir an azadlığa qovuşmağını diləyirəm. Sonuna qədər onun yanındayam”. //qafqazinfo

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26