Interposta.Info

Özünü yandıran aprel döyüşçüsü Mingəçevir İcra başçısı İlham İsmayılovun yaxın qohumudur - FOTO

Manşet / Ölkə
 28-06-2019, 21:04     11 071

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında övladını xəstəxanaya gətirən ata orada üzləşdiyi biganə münasibətə və özbaşınalığıa etiraz əlaməti olaraq özünü benzinlə yandırıb.

Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğurunda 2016-cı ilin aprelində aparılan döyüşlər zamanı sağlamlığın itirən İmamverdi İsmayilov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olan süründüməçiliyinə görə özünü yandırı.
İnterPosta.info-ya daxil olan məlumata görə, hadisə 28.06.2019-cu il tarixdə gecə saatlarında Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında baş verib.

Hazırda reanimasiya şöbəsində olan İmamverdi İsmayılovun vəziyyəti ağırdır. Onun bədəninin 60 faizinin yandığı bildirirlir.
Yaxınlarının bildirdiyinə görə, özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar. Xəstəxana rəhbərliyinin yaratdığı “idarəetmə”dən cana doyan İmamveridi ötən gecə saat 23:27-də özünün Feyzbuk səhifəsində status yazıb.

Özünü yandıran aprel döyüşçüsü Mingəçevir İcra başçısı İlham İsmayılovun yaxın qohumudur - FOTO


Qeyd edək ki,xəstəxanadakı özbaşınalıqlara dözməyərək özünü yandıran Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov Xəstəxananın direktoru Könül Ələkbərovun qanunsuz əməllərinə göz yuman Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yaxın qohumudur.
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info

Özünü yandıran aprel döyüşçüsü Mingəçevir İcra başçısı İlham İsmayılovun yaxın qohumudur - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26