Interposta.Info

"5 miliyon manat ayrılan, 2018-ci il avqust ayında istifadə verilən Lerik- Lənkəran avtomobil yolu çökdü" + VİDEO

Manşet / Paradoks / Ölkə
 12-09-2018, 21:15     11 117

2018-ci il avqust ayında döşənmiş Lerik Lənkəran avtomobil yolu artıq çökməyə başlayıb.

"XeberBiz" xəbər verir ki, sosial şəbəkədə paylaşm edən vətəndaş bildirir ki, cəmi 1 aydır adı çəkilən avtomobil yolu təmir olunub.

Məlumat üçün onuda bildirək ki, uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun yenidən qurulması üçün Prezident İlham Əliyev 2018-ci il avqustun 28-də “Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Lerik- Lənkəran avtomobil yolunun bir hissəsi olan Lənkəran- Hamarat avtomobil yolunun bir ay sonraki vəziyyəti belədirsə, bir neçə aydan sonra necə olacaq...

Adıçəkilən avtomobil yolun tikintisin aparan qurum cavabdeklik daşıyır. Bu səbəbdəndə aydiyatı qurum məsuliyyətə cəlb olunmalıdır və qurumun fəaliyyəti barədə araşdırma aparılmalıdır!..
Qarşı tərəfi dinləməyə hazırıq

interposta.info



"5 miliyon manat ayrılan, 2018-ci il avqust ayında istifadə verilən Lerik- Lənkəran avtomobil yolu çökdü" + VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26