Bakıda yanan sanatoriyadan REPORTAJ - VIDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı şəhər Sabunçu rayon Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında məcburi köçkünlərin sıx məskunlaşdığı binada yanğın baş vermişdir.
"interposta.info"-ın əməkdaşı hadisə yerində olmuşdur. Köçkünlərin verdiyi məlumat görə, yanğın üç mərtəbəli binanın badvalından, elektirikin binaya paylaşdığı hissədən baş vermişdir.
İki ailənin yaşadığı üç otaqlı sanatoriya məxsus mənzil əşiyaları ilə birlikdə yanaraq tamamilə yararsız vəziyətə düşmüşdür.
Hal-hazırda Səfərova Saydə Arif qızının (ailə tərkibi 2) və Rəhimov Qoca Rafiq oğluna (ailə tərkibi 4) ailələrinə qonşuları sığınacaq veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada baş verən yanğın nəticəsində, tüstüdən kütləvi zəhərlənmə halı baş vermişdir.
Faktla bağlı araşdırma aparılır
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26