Interposta.Info

Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi (FOTOLAR)

Manşet / Ölkə
 7-01-2018, 00:38     11 740

Səbail rayonunun Badamdar qəsəbəsindəki Zərifə Əliyeva adına park artıq yoxdur. Parkda uzun illərdir ki, abadlıq işlərinin aparılacağı deyilirdi. Lakin illər keçsə də, bu vədə əməl edilmədi. Əksinə, park tikinti şirkətinə verildi. Ərazidə indi böyük yaşayış lompleksi inşa edilir.

"XeberBiz" xəbər verir ki, Musavat.com parkın taleyi və sakinlərin narazılığı ilə bağlı hələ 2015-ci ilin avqust ayında yazmışdır.

Həmin ərəfədə park iki hissəyə bölünmüşdü. Bir hissəsində “Azərsu” ASC tərəfindən iş aparılır, digər hissəsində isə tikinti şirkəti qazıntı işi görürdü.

Narazı sakinlər bildirirdilər ki, onların istirahəti üçün nəzərdə tutulan parkın bu vəziyyətə salınması özbaşınalıqdır. Bir neçə il əvvəl təmirsiz parkın böyük hissəsi tikinti şirkətlərindən birinə satılıb. Burada yaşayış binasının tikintisi nəzərdə tutulmuşdu.

Lakin bir qrup sakinin narazılığından sonra tikinti prosesi dayandırılmışdı. Park isə, tamamilə yarasız vəziyyətə salınmışdı.

Tikintinin dayanandan sonra sakinlər ümid edirdilər ki, park yenidən təmir olunacaq və onların istifadəsinə veriləcək. Lakin onların bu ümidləri özünü doğrultmadı.

"XeberBiz" onuda bildirir ki, Badamdar Bələdiyyəsindən musavat.com-a sakinləri ümidləndirəcək bir açıqlama verilmişdi. Bələdiyyədən bildirilmişdi ki, Zərifə Əliyeva adına Parkın yenidən təmir edilərək, vətəndaşların istifadəsinə veriləcək. Ancaq belə olmadı.

Artıq parkın giriş hissəsində “Azərsu” ASC tərəfindən Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin tikintisi həyata keçirilib. Qalan hissəsində isə nəhəng yaşayış kompleksi tikilir.

Tikintini sifariş verən şirkət "Şərq-F" MMC-dir. Buna razılığı isə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. Bu barədə tikinti ilə bağlı hazırlanan məlumat lövhəsində yazılır...

interposta.info
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)
Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi  (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26