Interposta.Info

Azercellin Simurq oyunu – vətəndaşlar necə aldadılır.?! – ARAŞDIRMA+VİDEO

Manşet / Paradoks
 22-04-2017, 08:20     19 078

Son günlər mobil operatorlar tərəfindən müştərilərin aldadılması nəticəsində sosial şəbəkələrdə və əhali arasında əsas müzakirə mövzusuna çevrilməsinə səbəb olub.
20.04.2017-ci il tarixdə oxucu redaksiyamıza müraciət edərək bildirib ki, telefonuna fərqli bir mesaaj təklifi daxil olur.

Məsələnin ictimailəşməsini istəyən oxucumuz başına gələnləri “interposta.info”-a danışarkən bildirdi ki, tərəfimizdən araşdırılmasını və “Azercell”-in bu konpaniyasını ifşa edərək digər müştərilərini aldadılmasının qarşısının alınmasına köməklik etmək istədiyini bildirdi.
Oxucumuzun söylədiklərinin nə dərəcədə düz olub olmadığına aydınlıq gətirmək məqsədilə olanları lentə almaq qərarına gəldik. Sadə telefonlar üzərində qurulan bu oyun müştəriləri aldatmaq üçün geniş füsət verir.
Məsələ ilə bağlı “Azercell” mobil operatoru ilə əlaqə saxlayaraq müştərinin telefonuna gələn mesajlarla bağlı məsələyə aydınlıq gətirmək istədik.
Operatorla əlaqə saxladıqda bizə bildirildi ki, bu mesajların telefona gəlməsi “Simurq xidmətinə” aid olan bir kompaniyadır, ancaq müraciət etdiyimiz nömrənin “Simurq xidməti” bağlıdır.

interposta.info məsələ ilə bağlı video araşdırmanı diqqətinizə çatdırır:



Sonda onu da bildirmək istəyirik ki, “Azercell” minlərlə müştərilərini bu cür kompaniya adı altında aldatmış olur və aldanmamağınız üçün sizə gələn mesajlarla diqətli olmağı məsləhət görürük.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26