Interposta.Info

"Azercell"də zənglər işləmir - ŞİRKƏTDƏN AÇIQLAMA

Müxtəlif
 11-10-2017, 17:14     8 128

"Azercell" mobil operatorunun abunəçiləri problemlə üzləşib.

interposta.info xəbər verir ki, abunəçilər iki gündür normal zəng edə bilmədiklərindən şikayətlənir.

Sosial şəbəkələrdə abunəçilər "Azercell" nömrələrinə zəng çatmadığını, gün ərzində problemin aradan qaldırılmadığını deyirlər.

Mobil operator yaranmış vəziyyətlə bağlı abunəçilərinə müraciət edib.

Müraciətdə hazırda "Azercell" abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşandığı bildirilib: "Tövsiyə edirik ki, abunəçilərimiz səsli zəng xidmətlərindən istifadə edərkən, 2G şəbəkəsinə keçsinlər".

Qeyd edək ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26