Interposta.Info

“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -

Manşet
 15-02-2017, 17:47     3 423

“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
Son günlər daha bir “Facebook” fenomeni, internet qəhrəmanı ortaya çıxıb. Bu, sosial şəbəkə izləyiciləri tərəfindən “Jdun” (ruscadan tərcümədə “gözləyən”) adı verilən məzəli heykəldir.

İnternet resurslarında çoxlu sayda izləyicilər məzəli heykəldən nağıl qəhrəmanlarından tutmuş siyasətçilərə qədər nə isə gözləyən hər kəs üçün mem kimi istifadə edir. Artıq Moskvanın mərkəzində “Jdun”a böyük heykəl qoyulacağı barədə məlumatlar yayılmaqdadır.

Qeyd edək ki, Rusiya və Ukraynadan sonra bu məzəli heykəl Azərbaycanda da çox qısa bir müddətdə “Facebook” fenomeninə çevrilə bilib. Hətta bəzi yerli siyasətçilərin “Jdun”la birlikdə nəyisə gözləyirmiş kimi fotoları geniş maraq doğurmağa başlayıb.

Maraqlıdır, bəs məzəli “Jdun” (“gözləyən”) heykəlini kim yaradıb? Heykəl “Facebook”da fenomenə necə çevrilib?

Kiçik araşdırmamız zamanı məlum oldu ki, heykəlin müəllifi Hollandiyada yaşayan gənc heykəltəraş Marqrit van Brifortdur. Maraqlıdır ki, gənc heykəltəraşın yaratdığı məzəli heykəl Rusiya və Ukraynada daha çox tanınır, nəinki onun öz ölkəsində...

Müəllif BBC kanalına müsahibəsində bildirib ki, yaratdığı heykəl özünün də gözləmədiyi halda ona böyük şöhrət gətirib, həyatını bir anda dəyişdirib: “Heykəli 2016-cı ildə yaratmışam. Lakin bu, çox da səs-küy yaratmadı. Yalnız 2017-ci ilin qışında Leyden şəhərinə Rusiyadan bir qadın gəldi. O, mənim heykəlimin şəkilini çəkdi və hansısa sosial mediada yerləşdirdi. Bundan sonra heykəl böyük maraq doğurdu. Bu, mənim üçün çox gözlənilməz oldu və birdən-birə “İnstaqram”da onlarla rusiyalı izləyicim oldu. Bir qədər sonra isə izləyicilərimin əksəriyyəti rusiyalı oldu. İnternetdən öyrəndim ki, hətta heykəlimə çox məzəli ad verilib - “Jdun” gözləyən... Doğrudur, bu adı tənələffüs etmək mənim üçün çətindir, amma mənim çox xoşuma gəldi”.

Müəllif heykəlin yaranma hekayəsindən də söz açıb: “Leyden Universitetinin xəstəxanasından mənə qrant verilmişdi. Əvəzində razılşamışdıq ki, mən hansısa heykəl düzəltməliyəm. Mən də çox fikirləşdim ki, nə düzəldim. Və bir dəfə xəstəxanada xəstələrin həkim diaqnozundan keçmək üçün oturub, növbə gözləməsi mənim diqqətimi çəkdi. Həmin insanların üzündəki emosiyalar mənə çox maraqlı gəldi və mən də həmin personajı yaratmaq qərarına gəldim”.

Marqrit van Brifort qeyd edib ki, Ukrayna merindən həmin heykəllə bağlı maraqlı təklif alıb:
“Dnepropetrovsk şəhər meri mənə təklif edib ki, 2 metr hündürlüyündə həmin “Jdun”dan hazırlayım. Heykəlin şəhərin mərkəz hissəsində yerləşdirilməsi nəzərdə tutulub”.

Müəllif həmçinin qeyd edib ki, “Jdun”un yayılan fotoları arasında ən çox xoşuna gələn Rusiya prezidenti Putinlə birgə olan fotodur: “Sanki Putin “Jdun”la birlikdə oturub, Türkiyə prezidentini gözləyir. “Jdun”un şəkilini məşhurlarla birlikdə görmək mənim çox xoşuma gəlir. Onları çox gözəl quraşdırırlar”.

interposta.info
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -
“Facebook” fenomeninə çevrilən “Jdun” haqqında maraqlı faktlar... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26