Interposta.Info

“Facebook”un "taxtı" əlindən alındı: Artıq ən dəyərli sosial şəbəkə deyil

Müxtəlif
 21-11-2017, 23:57     8 170

Çinin sosial mesajlaşma və mobil sistemi "WeChat”ın sahibi "Tencent” firması "Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub.

Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan "Tencent Holdings” "Facebook”u geridə qoyub.

Bununla da "Tencent” "Apple”, "Alphabet”, "Microfost” və "Amazon”dan sonra dünyada ən dəyərli 5-ci texnologiya şirkətinə çevrilib.

Qeyd edək ki, Çində aylıq 980 milyon fəal istifadəçisi olan "WeChat” həm "WhatsApp”, həm də "Facebook” kimi çalışır. Günlük 38 milyard mesajlaşma olur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26