Interposta.Info

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşdı

İqtisadiyyat / Manşet
 9-04-2026, 12:01     369

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,39 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.
Goldmedia.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 124,68 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 19,69 ABŞ dolları və ya 14,63 % azalaraq 114,89 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26