Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
"İnterPosta" xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

