Interposta.Info

Maliyyə bazarında manata olan inamsızlıq hələ də davam edir? –

İqtisadiyyat
 8-05-2017, 18:27     607

Azər Mehtiyev: “İndiki kredit faizi və uçot dərəcəsi ilə iş adamlarının kredit götürməsi və o kreditdən istifadə edib fayda götürməsi mümkünsüzdür”

“Mərkəzi Bankın siyasəti daha çox ölkə iqtisadiyyatında infilyasiyanın qarşısın alınmasına hesablanıb. Bu siyasət isə ölkədə iqtisadi fəalığın qarşısın alınmasına səbəb olur”.


interposta.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədri Azər Mehtiyev Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında uçot dərəcəsinin sabit saxlanılması qərarını Pia.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişatı müzakirə olunub. Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranıb. Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul edib.

Mərkəzi Bankın uçot dərəcəsinin stabil saxlanılması qərarı kredit bazarına necə təsir edəcək və Mərkəzi Bankın bu addımından sonra banklar manatla kredit verilməsini bərpa edəcəklər, yoxsa manata olan inamsızlıq hələ də maliyyə bazarında güclüdür?

Mövzu ilə bağlı iqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədri Azər Mehtiyevə müraciət edib.
Maliyyə bazarında manata olan inamsızlıq hələ də davam edir? –


Azər Mehtiyev: “Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı verdiyi qərar daha çox ölkə iqtisadiyyatında infilyasiyanın qarşısın almaqdan ibarətdir”.

İqtisadçı ekspertin fikirlərinə görə, indiki halda və indiki kredit faizləri ilə sadəcə iqtisadi strukturlara kredit almaq sərf etmir. Çünki iqtisadi fəallıq aşağı düşüb və elə bir yüksək mənfəət norması yoxdur ki, krediti o faizlərlə alıb ödəmək mümkün olsun:

“Onsuz da Azərbaycanda uçot dərəcəsi yüksəkdir və banklar iqtisadi kreditləşmədə çətinlik çəkirlər. Yəni indiki mövcud uçot və kredit dərəcəsi yüksək olduğundan banklar iqtisadi kreditləşmədə çətinlik çəkirlər. Ümumiyyətlə onu da qeyd edim ki, indiki kredit və uçot dərəcəsi ilə iş adamlarının kredit götürməsi və o kreditdən istifadə edib fayda götürməsi mümkünsüzdür. Mərkəzi Bankın siyasəti daha çox ölkə iqtisadiyyatında infilyasiyanın qarşısın alınmasına hesablanıb. Bu siyasət isə ölkədə iqtisadi fəalığın qarşısın alınmasına səbəb olur. Bu baxımdan bankların gözləntiləri o, ola bilərdi ki, Mərkəzi Bank indiki uçot dərəcəsini bir qədər aşağı salsın.

Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclasında uçot dərəcəsinin aşağı salınması daha gözlənilən idi, nəinki uçot dərəcəsinin qaldırılması. Yenə qeyd edim ki, Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı verdiyi qərar daha çox ölkə iqtisadiyyatında infilyasiyanın qarşısın almaqdan ibarətdir. Çünki görünən budur ki, ölkə iqtisadiyyatındakı infilyasiya səngimir və Mərkəzi bank liberal məzənnə siyasəti yürütsə, manat sürətlə dəyər itirər. İndiki şəraitdə uçot dərəcəsinin hər hansı fonda aşağı salınması, bank sektorunda iqtisadi fəalığın artması yenidən infilyasiyaya aparıb çıxarda bilər. Buna görə də Mərkəzi Bank uçot dərəcəsinin aşağı salınmasından imtina edib.

Azər Mehtiyev: “Banklar yeni kredit verməklə riskə düşmək istəmirlər”.

Burada söhbət yalnız manata olan inamsızlıqdan getmir. İndiki halda və indiki kredit faizləri ilə iqtisadi strukturlara kredit almaq sərf etmir. Çünki iqtisadi fəallıq aşağı düşüb və elə bir yüksək mənfəət norması yoxdur ki, krediti o faizlərlə alıb ödəmək mümkün olsun. Eyni zamanda da bankların başı daha çox keçmiş kreditlərin qaytarılması ilə bağlı qarışıqdır.

Buna görə də Banklar yeni kredit verməklə riskə düşmək istəmirlər. Yəni burada söhbət verilən kreditlərin yüksək risk tələb etməsindən gedir. Bu risklər hələ də Azərbaycan iqtisadiyyatında var və yaxın gələcəkdə də Azərbaycan hər hansı kredit fəalığının olmasın düşünmürəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26