Interposta.Info

Ünvanlı sosial yardımlar da artacaq
 

İqtisadiyyat
 15-01-2026, 14:48     45 228

2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur.

"İnterPosta"xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev açıqlama verib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon manat məbləğində unvanlı sosial yardım ödənilib.

"Bu da 76 min ailəni əhatə edib. Növbəti il üçün dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait ayrılıb. Bu, ötən illə müqayisədə 40 milyon manatdan artıq vəsait deməkdir. Yəni, 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur", deyə Zəka Mirzəyev bildirib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26