Interposta.Info

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Manşet
 8-01-2026, 11:32     40 109

Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çinin Azərbaycandakı səfiri Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə salıblar.

Sonda birgə foto çəkdirilib.

GoldMedia.Az














Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26