Azərbaycan millisinin baş məşqçisi: "İlk oyun olduğu üçün futbolçular həyəcanlı idilər"
Azərbaycanın amputant futbolçulardan ibarət millisinin üzvləri Millətlər Liqasının C qrupunda Belçikaya qarşı matçda həyəcanlı olublar.
"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ramil Həbibov deyib.
O, Belçikaya üzərində qələbəni dəyərləndirib:
"Oyun çətin keçdi. İlk görüş olduğu üçün uşaqlar həyəcanlı idilər. Buna baxmayaraq, qalib gəldik. Çalışacağıq oyunumuzu bir qədər də təkmilləşdirək".
Qeyd edək ki, Azərbaycan yığması sözügedən qarşılaşmada rəqibini üç cavabsız qolla üstələyib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

