Bu rüsumların “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb

Aprelin 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun "e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.
Bu barədə "İnterPosta"ya Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət rüsumlarının "e-bildiriş” əsasında ödənilməsi "Dövlət rüsumu haqqında” Qanunun 4-cü maddəsinin tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqan tərəfindən ona təqdim edilmiş "e-bildiriş” əsasında ödəməlidir.
Qeyd olunub ki, həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş”ə görə 0,02 manat məbləğində xidməthaqqı tutulur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26