Interposta.Info

Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi qaldırıldı

İqtisadiyyat
 24-07-2024, 14:09     52 686

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Şampan şərabı üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib.

Denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litr üçün 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 1 litr üçün 12,0 manatdan 12,8 manata qaldırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26