Interposta.Info

SOCAR bu bankın səhmlərini almağa hazırlaşır

İqtisadiyyat
 17-07-2024, 12:40     23 279

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

"İnterPosta" xəbər verir ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda "Azər-Türk Bank” ASC-nin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, hazırda nizamnamə kapitalı 50 milyon manat olan "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 12,4%-i Türkiyənin "Ziraat bank”ına, 5,5%-i "AzRe Reinsurance” şirkətinə, 5%-i "Qala Həyat” şirkətinə, 1,1%-i isə "Ziraat Bank İnternational”a məxsusdur.

Qeyd edək ki, bu ilin ilk yarısında "Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 7 milyon 152 min manat olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26