Interposta.Info

Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

İqtisadiyyat
 1-07-2024, 10:00     31 612

"Gəncə Toxunulmamış Parça" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar yığıncağı keçirilib.

Yığıncaqda şirkətin ləğv olunması ilə bağlı qərar qəbul olunub.

ASC-nin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılıb.

Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır. Şirkətin rəhbəri Mehrac Əliyevdir.

Xatırladaq ki, M.Əliyev bir müddət əvvəl ASC-nin ləğvi ilə əlaqədar olaraq səhmdarların növbədənkənar iclasını çağırmışdı.//İqtisadiyyat.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26