Interposta.Info

Əli Həsənovun olduğu deyiən şirkət tibb kollecini qəzetlə təmin edəcək
 

İqtisadiyyat
 2-04-2024, 19:18     31 370

1 nömrəli Bakı Tibb Kolleci "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayıb.

"İnterPosta" xəbər verir ki, müqavilənin maliyyə dəyəri 1.851,6 AZN-dir.

"Azərmətbuatyayım" ASC bu məbləğə kolleci bir il ərzində "Azərbaycan”, "Xalq”, "Bakinskiy Raboçiy”, "Respublika”, "Yeni Azərbaycan” və "Səs” qəzetləri ilə təmin etməlidir.

"Azərmətbuatyayımı" ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. O, 2021-ci ildə korrupsiya cinayətlərinə görə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilən Vüqar Səfərli Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun yaxın adamı kimi tanınıb.

Bu baxımdan, "Azərmətbuatyayım” ASC indinin özündə də mediada Əli Həsənovun şirkəti kimi təqdim edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26