Interposta.Info

Bankir Aparat rəhbəri təyin edildi

İqtisadiyyat
 27-02-2024, 11:47     20 884

Rauf Hüseynov Aparat rəhbəri təyin edildi

Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə "İnterPosta"ya ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.

Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan "Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək "AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26