Interposta.Info

Ötən ay bahalaşan məhsullar - SİYAHI

İqtisadiyyat
 11-12-2023, 15:20     26 213

2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz təşkil edib.
2023-cü ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,5 faiz olub.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, bahalaşma isə əsasən pasterizə olunmamış üzlü südün, yoğurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26