Interposta.Info

 

Gürcü politoloq: “Regionda daimi sülh üçün Cənubi Qafqaz ölkələri birgə çalışmalıdır”

İqtisadiyyat
 27-11-2023, 20:41     27 805

“Regionda daimi sülh üçün Cənubi Qafqaz ölkələri birgə çalışmalıdır”.
“Report” xəbər verir ki, bu fikri Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze müdafiə nazirinin Azərbaycana səfərini şərh edərkən deyib.
“Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Azərbaycana səfəri ölkəmizin Qafqazda sülh siyasətinin növbəti göstəricisidir. Nazirin Prezident İlham Əliyevlə görüşü də sülh istiqamətində aparılan addımların bariz nümunəsidir. Bir müddət öncə bu cür görüş Ermənistanda da baş tutmuşdu. Ermənistana sülh müqaviləsinin imzalanması üçün kömək etmək lazımdır. Gürcüstan tərəfi bu istiqamətdə böyük səy göstərir”, - politoloq vurğulayıb.
L.Mamaladze qeyd edib ki, regionda daimi sülh üçün mütləq üç ölkə birgə çalışmalıdır.
“İlham Əliyevin də bildirdiyi kimi, regionun inkişafı üçün mütləq sülh olmalıdır. İnanırıq ki, tez zamanda üçtərəfli görüşlər başlayacaq və sülh müqaviləsi imzalanacaq”, - politoloq qeyd edib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26