Interposta.Info

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

İqtisadiyyat / Manşet
 15-09-2023, 15:07     411

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin noyabr fyuçersləri 94,59 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26