Interposta.Info

TuranBank ASC 2023-cü ilin 6 aylıq nəticələrini elan edib – Aktivlər 18% artıb

İqtisadiyyat / Manşet
 25-07-2023, 16:16     904

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin 6 aylıq maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 iyul 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 18% və ya 141.3 mln. manat artaraq 930 mln. manat, müştərilərə verilmiş kreditləri 17.5% və ya 85.7 mln. manat artaraq 575.5 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verilmiş kreditləri 16.6% və ya 47.2 mln. manat artaraq 330.9 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.4% və ya 33,2 mln. manat artaraq 484.1 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 27.7% və ya 84 mln. manat artaraq 387.5 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

Hesabat dövrü ərzində institusional inkişaf və biznes subyektlərin maliyyələşdirilməsi məqsədi ilə Bank beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Bu istiqamətdə Bank ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasına dəstək göstərilməsi üçün yeni saziş imzalanmış və layihənin birinci fazası uğurla yekunlaşmışdır. Məlumat üçün bildirək ki, TuranBank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya və IIV Mikrofinanz Fondları, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən Bank ənənəyə sadiq qalaraq hesabat dövründə də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “V Neftçili Yay Futbol Düşərgəsi”nə maliyyə dəstəyi göstərib. 9 gün davam edən düşərgədə 6-12 yaş aralığındakı 100 şəhid övladı üçün müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunub, həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstagram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank
Bizimlə etibarlıdır…

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26