Interposta.Info

 

Agentlik sədri: “Qarpızdan zəhərlənmə mümkün deyil”

İqtisadiyyat
 12-07-2023, 13:40     318

“Bu gün ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir”.

"İnterPosta"-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qarpızdan zəhərlənmə ancaq kimyəvi ola bilər:
“Qarpızdan vizual əlamətləri ortaya çıxan zəhərlənmə olmur. Çünki bu məhsul mədə-bağırsaq pozuntuları edəcək zəhərlənmə deyil. Pestisid artıq vurulsa, zəhərlənmə ola bilər. Qarpız spesifik bitkidir ki, tərkibində elə komponentlər var ki, yağlı məhsullarla qarışanda ciddi problem yaradırlar. Onu uyğunsuz olan qida məhsullarla ilə qəbul etmək olmaz. Qarpızdan zəhərlənmə mümkün deyil”.\oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26