Interposta.Info

Biləsuvar sakini qarpızdan zəhərlənərək öldü

Ölkə
 11-07-2019, 11:10     10 364

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.

"İnterPosta.info" Report-a istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26