Interposta.Info

“Şəfa” pansionatı barəsində protokol tərtib edildi

İqtisadiyyat
 12-06-2023, 16:19     1 244

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sanatoriya-kurort müəssisi olan "Şəfa” istirahət və müalicə pansionatı barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

"İnterPosta"-nın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Qax Rayon Məhkəməsində hakim Malik Qarayevin icraatındadır.\qaynarifo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26