Interposta.Info

Bu şəxslərin maaşlarına əlavənin müddəti uzadıldı

İqtisadiyyat
 12-05-2023, 16:29     221

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət mayın 1-dək nəzərdə tutulmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26