Interposta.Info

Bakıda xanım restoran sahibi məhkəməyə verildi

İqtisadiyyat
 26-04-2023, 14:23     615

Bakıda fəaliyyət göstərən "Bliss” restoranının sahibi Viktoriya Slojenitsa məhkəməyə verilib.

"İnterPosta" xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın icraatındadır. Məhkəmə çəkişməsinin kökündə vergi məsələləri dayanır.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, Viktoriya Slojenitsanın külli miqdarda vergi borcu var. Onun bu günə olan vergi borcu 27006.31 AZN təşkil edir.

Viktoriya Slojenitsanın sahibi olduğu "Bliss” restoranı Bakı şəhəri, Nərimanov rayonu‎, Atatürk 31 ünvanında yerləşir.

2021-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində keçirilərkən "Bliss” restoranında nöqsanlar aşkarlanmışdı./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26