Interposta.Info

Sərhədindən buraxılış məntəqələrində nə baş verir? - DSX-dan açıqlama

İqtisadiyyat
 18-03-2023, 12:12     320

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə "İnterPost"-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

"Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib", - məlumatda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26