Interposta.Info

Energetika Nazirliyinin səlahiyyətlərindən biri İqtisadiyyat Nazirliyinə verildi

İqtisadiyyat
 10-03-2023, 17:53     369

Preizdent İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə baxılması səlahiyyəti Energetika Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26