Interposta.Info

Sabiq idarə rəsinin ölkdən çıxışına "stop" qoyula bilər  

İqtisadiyyat
 13-02-2023, 17:22     1 014

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq idarə rəisinin ölkədən çıxışına "stop” qoyula bilər.

Qaynarinfo xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Azərinşaatservis” MMC-nin direktoru Arzuman Abbasovla bağlı məhkəməyə müraciət edib. Buna səbəb onun vergi borcu olub.

İşə fevralın 20-də Bakı Kommersiya Məhkəməsində Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə təsdiqləyərsə, Arzuman Abbasovun ölkədən çıxışına qadağa qoyulacaq və vergi borcunun ödənilməsi ilə bağlı vaxt veriləcək.

Qeyd edək ki, Abbasov Arzuman Hacı oğlunun təsisçisi olduğu "Azərinşaatservis” MMC-nin 16 min 575 manatdan çox vergi borcu var. O, uzun illər "Azərsu” ASC-də Tikinti Departamentinin rəisi vəzifəsində çalışıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26